RU

Hindistan Rusiya neftindən imtina ilə bağlı ABŞ-yə xəbərdarlıq etdi

Hindistan ABŞ-yə xəbərdarlıq edib ki, Rusiya neftinin idxalından imtina etsə, Venesuela və İrandan xam neft tədarükünə tətbiq edilən sanksiyaların ləğvini tələb edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məsələ ilə bağlı məlumatlı mənbəyə istinadən məlumat yayıb.

“Hindistan rəsmiləri vurğuladılar ki, Rusiya, İran və Venesueladan Hindistanın ən böyük neft emalı zavodlarına neft tədarükünün eyni vaxtda dayandırılması qlobal qiymətlərin kəskin artmasına səbəb ola bilər”, - məlumatda qeyd olunub.

Belə ki, ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında bəyan edib ki, Hindistan və Çin Rusiya neftini almağa davam etdikləri üçün Ukraynadakı münaqişənin “əsas sponsorlarıdır”.

QAZİLER.AZ

Избранный
4
qaziler.az

1Источники