RU

Fransada həkimlər ciddi səhvə yol veriblər

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Parisin Henri Mondor Xəstəxanasında xərçəng xəstəliyindən müalicə olunan yaşlı bir kişinin əməliyyat zamanı səhvən sağlam böyrəyi çıxarılıb.Reyting.az “Radio France”yə istinadla bildirir ki, iyul ayında 70 yaşlarında olan xəstə üzərində onkoloji əməliyyat üçün nefrektomiya (böyrəyin çıxarılması) aparılıb. Ancaq xəstə sonradan cərrahların onu yanlış əməliyyat etdiyini anlayıb. Bəlli olub ki, həkimlər xəstənin sağlam böyrəyini çıxarıblar.Lakin adı açıqlanmayan şəxsin indi xəstə böyrəyin ümidinə qalması onun səhhətini daha ağırlaşdırıb.Xəstənin həyatı hazırda təhlükə altında olmasa da, bu tibbi səhvin uzunmüddətli nəticələri ağır ola bilər. Ailə Parisdəki dövlət xəstəxanalarını idarə edən Assistance Publique-Hopitaux de Paris (AP-HP) təşkilatına qarşı məhkəmə iddiası qaldırıb.Qeyd edək ki, oxşar hadisə bu ilin əvvəlində ABŞ-da baş vermişdi. Minnesotadan olan 84 yaşlı Vendi Rapaport dalaq əməliyyatı üçün xəstəxanaya yerləşdirilsə də, cərrahlar səhvən onun sağlam böyrəyini çıxarmışdılar.V. QULİYEV Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
1
reyting.az

2Источники