RU

Bakı metrosunda "qırmızı" və "yaşıl xət"lər nə vaxtdan etibarən ayrı olacaq? - ÖZƏL

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı metropoliteninin "qırmızı" və "yaşıl xət"ləri üzrə qatarların ayrı istiqamətlərlə hərəkət edəcəyi vaxt məlum olub.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev Oxu.Az-a açıqlamasında bildirib ki, xətlərin ayrılması layihəsi ümumilikdə 6 komponentdən ibarətdir:
"Fiziki olaraq xətlərin ayrılması 2026-cı ilin sonuna qədər başa çatacaq. Yəni "Nizami" metro stansiyasından xətlərin ayrılması üçün yeni tunel tikiləcək və xətlər ayrılacaq. "Dərnəgül" stansiyasından gələn qatar "Nizami" metro stansiyasından birbaşa "Xətai" stansiyasına, oradan isə, "bənövşəyi xətt" üzrə yeni tikiləcək iki stansiyaya hərəkət edəcək.
Artıq bununla bağlı işlərə başlanıb, "28 may" stansiyası yaxınlığında iki şaxta inşa edilir. Növbəti ilin yanvar ayına qədər həmin şaxtaların tikintisi başlanacaq və sonra xətlərin ayrılması ilə bağlı işlərə start veriləcək. 2026-cı ilin sonlarında xətlərin fiziki ayrılması işləri başa çatacaq. Ondan sonra "yaşıl" və "qırmızı xət"lərin yolları ayrı olacaq".
Samir Əli
Избранный
2
4
oxu.az

6Источники