ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Mançester Yunayted" mövsümün sonunda müqaviləsi başa çatan Harri Maquayrı komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi ingiltərəli futbolçuya yeni sözləşmə təklif edəcək. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" Maquayrın həftəlik 190 min funt-sterlinq olan maaşını azaltmaq istəyir. 32 yaşlı mərkəz müdafiəçisi təklifi qəbul etsə, onunla yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, "Mançester Yunayted" Harri Maquayrı 2019-cu ilin yayında "Lester Siti"dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.