RU

Azərbaycan enerji səmərəliliyi qanunu ilə enerji auditlərinə hazırlaşır - IFC rəsmisi

Bakı. Trend:

Azərbaycanın enerji səmərəliliyi haqqında qanunu enerji audititələbini gündəmə gətirir və bu da metodologiyaların öyrənilməsini,insan resurslarının hazırlanmasını və son istifadəçilər arasındaməlumatlılığın artırılmasını vacib edir.

Trend xəbərverir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dayanıqlımaliyyə mütəxəssisi Leyla Hüseynli Bakıda keçirilən "Yaşıl EnerjiHəftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdəbildirib.

O vurğulayıb ki, Azərbaycanda enerji səmərəliliyi qanunu qəbuledilib və hazırda qanuna əsaslanan digər normativ aktlar vəmetodologiyalar hazırlanır: "Artıq minimum enerji səmərəliliyigöstəriciləri mövcuddur. Həmçinin enerji auditi hökumət tərəfindəntələb olunacaq. Bu auditi uğurla həyata keçirmək üçünmetodologiyanın yaxşı anlaşılması, kifayət qədər daxili resurslarınhazırlanması və son istifadəçilərin minimum enerji səmərəliliyigöstəricilərinin tətbiqinin faydaları barədə məlumatlandırılmasıvacibdir".

"Beləliklə, Azərbaycan bu tələblərə keçid mərhələsinə çoxyaxındır və artıq bu göstəriciləri qəbul edənlər ilk olaraq busahədə aparıcı rol oynayacaqlar", - deyə L. Hüseynli qeyd edib.

Məqalədə:
Избранный
9
az.trend.az

1Источники