RU

“Ömür boyu qısa geyinmişəm və geyinəcəm də”: Yaşar Nurinin qızından sərt cavab - VİDEO

Mərhum Xalq artisti Yaşar Nurinin qızı, müğənni Ülkər Nuri bir neçə gün öncə geyindiyi libası ilə sosial mediada gündəmə gəlmişdi.

"Cebheinfo.az" xəbər verir ki, ifaçı bu barədə "İnstagram" hesabında paylaşım edərək yayılan xəbərlərə münasibət bildirib. 

O, geyiminə görə tənqid olunmadığını, əksinə, izləyicilərdən xoş sözlər eşitdiyini vurğulayıb: 

“Səhərdən görürəm ki, bəzi saytlar məni paylaşıb yazır ki, Yaşar Nurinin qızı geyiminə görə tənqid olundu. Əksinə, çox da gözəl sözlər yazırlar. Geyimim niyə sizi bu qədər narahat edir? Düşünürəm ki, şou-biznesdə geyimi müzakirə olunacaq insanlar çoxdur. Bir az da onlar haqqında yazın. Bəsdir Yaşar Nurinin qızı haqqında danışdığınız. Onun sizlə işi yoxdur, sizin də onla işiniz olmasın. Bu geyim mənə yaraşır. Ömür boyu geyinmişəm və geyinəcəm də”.

"Cebheinfo.az" 

Избранный
2
4
cebheinfo.az

5Источники