RU

MABUX bunker yanacağının dəyərinin artmasının səbəbini açıqlayıb

Bakı. Trend:

Emissiya kvotalarının bahalaşması ilə əlaqədar bunkeryanacağının dəyəri artmaqda davam edəcək.

Trend xəbər verirki, bunu “Marine Bunker Exchange” (MABUX) icraçı direktoru Sergeyİvanov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft emalı,Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda çıxışındadeyib.

Sergey İvanov vurğulayıb ki, Avropada 2024-cü il yanvarın 1-dənemissiya ticarəti sistemi tətbiq olunub və bu çərçivədə gəmisahibləri və operatorlar karbon qazı emissiyalarına görə kvotalarəldə etməyə məcburdurlar. 2024-cü ilə dair kvotaların ödənişi üzrəilk dedlayn gəmi sahibləri və operatorlar üçün cari ilin oktyabrayında müəyyən edilib.

Onun sözlərinə görə, emissiya kvotalarının artması tədricənbahalaşmaya gətirib çıxaracaq. Belə ki, 2025-ci ildə bunkeryanacağının qiyməti adi dəyərə nisbətdə 17 faiz, 2026-cı ildə isə22 faiz artacaq.

Proqnozlara əsasən, 2036-cı ilə qədər dəniz qazoylunun qiymətitonuna görə 1 200 dollara, aşağı kükürdlü mazutun qiyməti isətəxminən 1 000 dollara yaxınlaşacaq.

Məqalədə:
Избранный
5
az.trend.az

1Источники