RU

Putin və Paşinyan Moskvada Qlobal Atom Enerjisi Forumunda görüşəcək

Rusiya prezidenti Vladimir Putin cümə axşamı Moskvada keçiriləcək Qlobal Atom Enerjisi Forumunda Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə Ümumrusiya Dövlət Teleradio Şirkəti məlumat yayıb.

Kremlin sözçüsü Dmitri Peskov Putinin həmin gün Kremldə bir sıra beynəlxalq görüşlər marafonuna qatılacağını bildirib. Görüşlər sırasında Ermənistan baş naziri N. Paşinyanla ikitərəfli danışıqlar da yer alır.

Qlobal Atom Forumunda həmçinin Belarus prezidenti Aleksandr Lukaşenko, Myanma İttifaqı Respublikasının prezidenti vəzifəsini icra edən Min Aunq Hlainq, Efiopiyanın baş naziri Əhməd, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi və İran, Özbəkistan, Misir, Niger kimi ölkələrin rəsmiləri iştirak edəcək.

Aytac 

Избранный
3
1
anews.az

2Источники