RU

Şəkərli diabet xəstələri dişlərini daha tez-tez itirir

Mütəxəssislər bildirirlər ki, diabet xəstələri diş sağlamlığına daha diqqətli yanaşmalıdırlar.

E-saglam.az xəbər verir ki, diabet xəstələrində tez-tez ciddi fəsadlar – ürək-damar sistemi pozğunluqları və görmə problemləri inkişaf edir. Duke Universitetinin alimləri apardıqları araşdırmada aşkar ediblər ki, bu xəstəlik ağız boşluğu sağlamlığına da təsir edir – diabet xəstələri daha tez diş itirirlər.

Tədqiqatçılar 1971–2012-ci illər arasında toplanmış 37 000 xəstənin məlumatlarını analiz ediblər və diabet ilə diş sağlamlığı arasında əlaqəni müəyyən ediblər. Nəticələr göstərib ki, diabet xəstələrində diş ətinin xəstəlikləri daha çox rast gəlinir və diş itkisi iki dəfə çoxdur. Xüsusilə, afroamerikanlar arasında bu risk daha yüksəkdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
9
e-saglam.az

1Источники