Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Axios” nəşrinə müsahibəsində deyib.
"Əgər Ukrayna ABŞ-dan əlavə uzaqmənzilli silahlar alsa, biz onlardan istifadə edəcəyik”, - Zelenski bildirib.
Onun sözlərinə görə, görüş zamanı Trampdan Vladimir Putini danışıqlar masasına oturtmağa məcbur edəcək yeni silah sistemi tələb edib:
"Tramp da mənə bunun üzərində işləyəcəklərini dedi”.
Zelenski yeni silah sisteminin adını açıqlamayıb və bildirib ki, bunu yalnız kameralar söndürüləcəyi təqdirdə deyəcək.