Bu ərazilərə ilk dəfə təşkil olunan bu yürüşdə Milli Məclisin komitə sədri Şahin İsmayılov, deputatlardan Şahin Seyidzadə, Sabir Hacıyev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və Aparatın bir qrup əməkdaşı iştirak ediblər. Yürüş Daşaltı dərəsindən keçən eyniadlı çay boyunca həyata keçirilib.
Hazırda bu marşrutun keçdiyi ərazilərdə geniş abadlıq işləri aparılır. Şübhəsiz ki, yaxın gələcəkdə azad Qarabağın bu ərazisi də təbiətsevərlərin sevimli məkanlarından biri olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31