RU

İlin əvvəlindən Ukraynanın 205 yaşayış məntəqəsi ələ keçirilib - Rusiya MN

Rusiya Müdafiə Nazirliyi ilin əvvəlindən Ukraynanın 205 yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirdiyini bəyan edib.

Bu barədə Bakıvaxtı.az nazirliyə istinadən məlumat verib.

Bəyanatda deyilir ki, həmin ərazilər yanvarın 1-dən sentyabrın 25-nə qədər olan dövrdə Rusiya Silahlı Qüvvələrinin tam nəzarətinə keçib.

Həmçinin, iddia edilir ki, Rusiya ordusu ümumilikdə Ukraynanın Donetsk, Luqansk, Xarkov, Zaporojye, Sumı, Dnepropetrovsk vilayətlərində 4714 kv.km ərazini nəzarətə götürüb.

Избранный
2
4
bakivaxti.az

5Источники