RU

Azərbaycanda hibrid və elektrik avtomobillərin sayı 20-30 dəfə artıb

Bakı. Trend:

Son illər ərzində Azərbaycanda hibrid və elektrik avtomobillərinsayı 20-30 dəfə artıb.

Trend xəbər verirki, bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dayanıqlımaliyyə üzrə eksperti Leyla Hüseynli Bakıda keçirilən “Azərbaycan -Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində çıxışında deyib.

Onun sözlərinə görə, belə bir artım vergi və gömrük güzəştləri,həmçinin dövlət stimullarının və özəl maliyyələşdirmənin düzgünkombinasiya edilməsi sayəsində mümkün olub.

Ənənəvi mənzil fondunun "yaşıl mənzil"lərə çevrilməsindəndanışan Leyla Hüseynli qeyd edib ki, bu, özəl sektor və əhali üçünböyük səylər və xərclər tələb edir. Dövlət tərəfindən islahatlar vəstimullaşdırıcı tədbirlər olmadan bu proses çox çətindir.

"Qlobal institut olaraq biz - IFC, müxtəlif regionlarda müxtəlifyanaşmaların olduğunu görürük. Bunlar həm fiskal, həm dəqeyri-fiskal stimullar ola bilər — vergi güzəştləri, faizsubsidiyaları və ya risklərin bölgüsü mexanizmləri. Bütün bunlar“yaşıl bina"ların sertifikatlaşdırılmasının daha aktiv tətbiqinəetməyə kömək edir və zəncirin bütün iştirakçıları üçün faydagətirir.", -deyə L.Hüseynli vurğulayıb.

Məqalədə:
Избранный
23
2
az.trend.az

3Источники