ain.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA yaxın günlərdə İsrail milli komandası və klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər.
İdmanxeber.az-ın məlumatına görə, qərarın gələn həftə qəbul olunması gözlənilir. İcraiyyə Komitəsinin üzvlərinin əksəriyyəti israilli futbolçuların yarışlardan uzaqlaşdırılmasının tərəfdarıdır.
Xatırladaq ki, sentyabrın 23-də BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı FIFA və UEFA-ya müraciət edərək İsrail yığmasının yarışlardan kənarlaşdırılmasını tələb etmişdi.
Qeyd edək ki, 2025-ci ilin martında İsrail ordusu Qəzza sektorunda hərbi əməliyyatları bərpa etməklə, yanvarda elan olunmuş atəşkəsi pozmuşdu.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.