RU

Eltisinin ölümünə səbəb olan "plastik cərrah"ın məhkəməsi başlayır

Ülviyyə Hüseynağa qızı İlyasovanın qanunsuz tibbi fəaliyyət göstərməsi nəticəsində tanınmış aktrisa Mila Sabir qızı Əlibəyovanın (Bekova) səhhətinə zərər vurulması ilə bağlı vətəndaşın müraciəti üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılaraq cinayət işi başlanıb.

Moderator.az xəbər verir ki, bu barədə Yasamal Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, istintaqla Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz "liposaksiya-piysovurma, bədən şəkilləndirmə" cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Ülviyyə İlyasova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat Yasamal Rayon Məhkəməsi tərəfindən təmin edilmədiyindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, daha əvvəl Ülviyyə Hüseynağa qızı İlyasova eltisini mətbəxdə əməliyyat edib ölümünə səbəb olduğu üçün üç il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə üç il iki ay müddətinə azadlıqdan məhrum edilib.

Избранный
3
34
moderator.az

10Источники