RU

Ekspertlər: Rusiya Krımda aerodromlarını qoruya bilmir

Ukrayna Hərbi Kəşfiyyat İdarəsi (GUR) Rusiyanın müvəqqəti işğal olunmuş Krım ərazisindəki hərbi aerodromları müdafiə etmək imkanlarını şübhə altına alıb.

Editor.az xəbər verir ki, Defense Express ekspertlərinin məlumatına görə, qısa müddətdə Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində dörd rus təyyarəsinin məhv edilməsi Moskvanın hava bazalarını effektiv şəkildə qoruya bilmədiyini göstərir.

Hesabatda bildirilir ki, GUR-un son məlumatına əsasən Krımdakı işğalçı qüvvələrə endirilən növbəti zərbə zamanı sahil və radiolokasiya stansiyaları (RLS), eləcə də iki hərbi-nəqliyyat təyyarəsi sıradan çıxarılıb.

//Samir Qurbanov, Editor.az

Избранный
3
editor.az

1Источники