RU

20 manatlıq alış-veriş və böyük şans: "OBA" lotereyasının ilk tirajının qalibləri müəyyənləşdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "OBA" Marketlər Şəbəkəsinin təşkil etdiyi "Evini OBA ilə doldur!" lotereyasının ilk tirajı uğurla başa çatıb. 1-20 sentyabr tarixlərini əhatə edən mərhələnin nəticələri sentyabrın 25-də elan olunub və qaliblərin adları "OBA"nın rəsmi sosial media hesablarında canlı yayımla açıqlanıb.
Müştərilər yalnız 20 manat və üzəri alış-veriş etməklə yumşaq mebel dəsti, "iPhone 16 e", "iPad", soyuducu, televizor, məişət texnikası və digər qiymətli hədiyyələr qazanmaq imkanı əldə ediblər.
Təsadüfi seçimin nəticəsində Goranboy rayonundan Aqşin Bağırov və Şəmkir rayonundan Bəhruz Ələkbərov "Bosch" ətçəkən, Bakı şəhəri Keşlə qəsəbəsindən Təranə Zamanova və Ağdamdan Səidə Kərimova "Goranje" mətbəx robotu, Qazaxdan Vəfa Mustafayeva, Sulutəpədən Aynurə Xudiyeva, Yeni Yasamaldan Solmaz Cəfərova "LG" televizor, İmişlidən Səbinə İbişzadə "BEKO" soyuducu, Bakı şəhərindən Yeni Yasamaldan Zeynəb Sadıxova "BEKO" paltaryuyan, Bakı şəhərindən Şəhruz Musazadə "BEKO" qabyuyan, Samuxdan Lamiyə Həsənova və Ağstafadan Ləman Məmmədova "Lena" yumşaq dəstini qazanıblar.
Qaliblərin seçimi tam şəffaflıqla həyata keçirilib. Bu mərhələdə münsiflər heyətində Əməkdar artist Dilarə Əliyeva, APA İnformasiya Agentliyinin İqtisadiyyat şöbəsinin redaktoru Nigar Abbasova, teleaparıcı, jurnalist Günay Novruzqızı, radioaparıcı Rüfət Nadirli və "Operativ Media" xəbər saytının müxbiri Şəfa Hüseynli təmsil olunublar.
Ümumilikdə lotereya çərçivəsində 38 hədiyyə təqdim olunacaq.
Lotereyanın növbəti mərhələləri davam edir:
İkinci tiraj - alış-veriş müddəti 21 sentyabr - 10 oktyabr: qaliblər oktyabrın 15-də elan olunacaqlar;
Üçüncü tiraj - alış-veriş müddəti 11-30 oktyabr: qaliblər noyabrın 10-da elan olunacaqlar.
"OBA" Marketlər Şəbəkəsi qonşularını sevindirməyə, onları dəyərli hədiyyələrlə mükafatlandırmağa davam edir.
Избранный
30
4
oxu.az

5Источники