RU

AzTV Adnan Əhmədzadə ilə bağlı sujet hazırladı: Ölkəyə təxminən 2 milyard dollarlıq ziyan dəyib

AzTV
AzTV iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə kimi cinayət əməllərində ittiham olunan iş adamı Adnan Əhmədzadə ilə bağlı süjet hazırlayıb. 1news.az xəbər verir ki, süjetdə süjetdə Adnan Əhmədzadənin qaranlıq biznesindən söz açılıb.
Bildirilib ki, Azərbaycan neft-qaz ölkəsidir və bu ilin ilk altı ayında 14 milyon tona yaxın neft və kondensat hasil olunub. Hazırda ölkəmiz dünyanın müxtəlif dövlətlərinə neft ixrac edir. Ötən ilin statistikasına əsasən, Azərbaycan 25 ölkəyə neft satıb ki, onların əksəriyyəti Avropa ölkələridir. Azərbaycan neftinin ən mühüm üstünlüklərindən biri onun keyfiyyət göstəriciləridir. “Azəri Light” markalı neftin aşağı sıxlığı dünya bazarında yüksək rəqabət qabiliyyətinə imkan yaradır və ölkəmizi beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanıdır. Lakin son illərdə enerji resurslarının etibarlılığını hədəf alan hibrid əməliyyatlar, SOCAR-a məxsus infrastruktura qarşı hücumlar və qarayaxma kampaniyaları diqqət çəkir. Süjetdə qeyd olunub ki, bu məsələyə SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin adı da qarışıb. O, neft daşımalarından böyük gəlir əldə etməklə yanaşı, sanksiya tətbiq edilən ölkələrdən Avropaya neft ixrac edən qaranlıq biznes şəbəkəsinin əsas fiqurlarından birinə çevrilib. Əhmədzadənin ofşor zonalarda yaratdığı şirkətlər vasitəsilə saxta sertifikatlarla Rusiya neftini Avropa bazarına çıxarması da diqqətə çatdırılıb. Ən ağır fakt isə Azərbaycan neftinin xloridlə çirkləndirilməsidir. Bu əməl həm iqtisadi mənimsəmə, həm də milli maraqlara qarşı açıq xəyanət kimi qiymətləndirilib. Nəticədə, Azərbaycan neftinin qiyməti 75 dollardan 68 dollara enib və ölkəyə təxminən 2 milyard dollarlıq ziyan dəyib.

Hazırda cinayət əməllərinə görə məsuliyyətə cəlb edilən Adnan Əhmədzadə və onun şəbəkəsi ədalət mühakiməsini gözləyir. Azərbaycanın ən qiymətli sərvətinə qarşı qurulmuş “xəyanət imperiyası” artıq dəmir barmaqlıqlar arxasındadır.

Избранный
4
1
1news.az

2Источники