RU

I Liqa: MOİK yenə uduzdu, "Baku Sportinq"dən darmadağın

Azərbaycan I Liqasında 3-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün iki oyun keçirilib.

İddialı heyət formalaşdırmasına baxmayaraq, mövsümə zəif başlayan MOİK Binədə "Zaqatala"nı qonaq edib. İlham Yadullayevin baş məşqçisi olduğu "hərbçilər" bu dəfə minimal hesabla uduzyblar. 

"Baku Sportinq" isə Buzovnada "Şimal" ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi 3 xalı 4 qolla qazanıb. 

Qeyd edək ki, dünəb baş tutan görüşlərdə "Şəfa" "Cəbrayıl"ı (3:0), "Mingəçevir" "Difai"ni (2:0) və "Səbail" "Şahdağ Qusar"ı (2:0) məğlub edib.

Azərbaycan I Liqası
3-cü tur
25 sentyabr 

MOİK – “Zaqatala” 0:1
Qol:
Mətin Qəhrəmani, 44.

“Baku Sportinq” – “Şimal” 4:1
Qollar:  
Ceyhun Muxtarlı, 7. Rubin Seyidov, 29. İlham Allahverdiyev, 48-pen. Xəyyam Məmmədli,  85 - Xəyal Bədirov, 80-pen. 

Избранный
122
8
fanat.az

10Источники