RU

Məşhur aktyorun səsi və görüntüsü klonlanacaq

Türkiyəli müğənni və aktyor Özcan Denizin səsi ilə görüntüsünün  süni intellektlə klonlanacağı deyilir.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, aktyor süni intellektlə hazırlanan “Tesserakt” serialında rol alacaq. 

Layihə 2050-ci ilə baş verəcək  hadisələrdən bəhs edəcək. Özcan Deniz isə serialda dövlət başçısı rolunda çıxış edəcək.

Serial 7-10 dəqiqədən və 6 seriyadan ibarət olacaq.

Layihə 13 oktyabrda Kann şəhərində keçiriləcək “MİPCOM” sərgisində təqdim olunacaq.

"Cebheinfo.az" 

Избранный
2
3
cebheinfo.az

5Источники