RU

Sloveniya Netanyahuya səyahət qadağası tətbiq edib

Sloveniya İsrailin Baş naziri Benyamin Netanyahuya səyahət qadağası tətbiq edib.

APA xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb.

Qeyd edilib ki, Sloveniya İsrailin Baş nazirinə səyahət qadağası tətbiq edən Avropa İttifaqı üzvü olan ilk ölkə olub.

Məlumata görə, avqust ayında Sloveniya İsrailə silah embarqosu tətbiq edən ilk Aİ ölkəsi olub.

2024-cü ilin iyununda Sloveniya Norveç, İspaniya və İrlandiyanın ardınca Fələstini müstəqil dövlət kimi tanıyıb və İsrailin Qəzzadakı hərəkətlərini ən sərt tənqid edən ölkələrdən biri olub.

Избранный
4
5
apa.az

10Источники