Qusarın Ləzə kəndində 3 gün öncə başlayan palçıq seli təhlükəsi davam edir. Güclü palçıq püskürməsi kənddə fövqəladə vəziyyət yaradıb. Qızılqaya dağ massivindən axıb gələn lil və palçıq qatı kəndi iki hissəyə bölüb.
Dünən gecədən isə Ləzəçayla gələn güclü palçıq layı yaxınlıqdakı evlərə dolmağa başlayıb. Artıq 3 ev bu təhlükə ilə üz-üzə qalıb. Sakinlər evlərindən çıxarılaraq hələlik qonşuların evində yerləşdirilib.
Evləri təhlükədə olan sakinlər böyük təşviş və qorxu içindədirlər.
Ləzə kəndinə gələn turistlər də vəziyyəti öz gözləri ilə görüb, durumdan narahatlıqlarını ifadə ediblər.
Daha ətraflı Bizim.Media-nın videosüjetində:
Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media