Fransa Prezidenti Emmanuel Makronun “razılaşma hələ də mümkündür, amma İranın cavab vermək üçün cəmi bir neçə saatı var” sözləri diqqət çəkib. Bu bəyanatın ultimatum xarakteri daşıyıb-daşımadığı mövzusu gündəmə gəlib.
Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli KONKRET.az-a açıqlamasında bildirib ki, İran artıq ciddi təzyiq altındadır:
“İranı çox sıxışdırıblar. Pezeşkianın da getməsi, İrana verilən son şansdır. Bir az Suriya liderinin timsalında da görürük. Bu proses ikinci bir qütbün gücünün yaranmasına şahidlik edir. İndi o baxımdan bütün hərəkətsizlik BMT-yə yığmaq və dinləmək bəzilərinə son xəbərdarlıq vermək kimi qiymətləndirilməlidir”.
Ekspertin sözlərinə görə, bu kontekstdə Fransa Prezidentinin açıqlaması İrana verilən açıq mesaj kimi dəyərləndirilməlidir:
“Xüsusilə nəzərə alsaq ki, İran və Fransa strateji əlaqələrə malik ölkələrdir, Makronun bu çıxışı ciddi mesaj xarakteri daşıyır”.
Aynurə İsmayıl
KONKRET.az