RU

Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunun daha bir göstəricisi oldu Novruzəli Aslanov

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Ölkə Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ölkəmizin beynəlxalq siyasətdə tutduğu yerin bariz göstəricisidir. Bu səfər təkcə rəsmi tədbirdə iştirakdan ibarət olmayıb, həm də Azərbaycan diplomatiyasının gələcək istiqamətlərini müəyyənləşdirən mühüm siyasi addım kimi qiymətləndirilir. BMT Baş Assambleyası qlobal problemlərin müzakirə olunduğu ən yüksək beynəlxalq platformadır. Burada iştirak edən dövlət başçıları dünya siyasətinə təsir edən məsələlər üzrə öz mövqelərini ortaya qoyur. Cənab Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq gündəmdə fəal rol oynadığını, qlobal proseslərdə öz sözünü demək gücündə olduğunu bir daha nümayiş etdirdi.”

Globalinfo.az bildirir ki, bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili dövlət başçımızın keçirdiyi görüşlərin yüksək siyasi çəkiyə malik olduğunu xüsusi qeyd edib: “Səfər çərçivəsində cənab Prezidentin keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın diplomatik fəallığının əsas nümunəsidir. Dövlət başçısı aparıcı dünya ölkələrinin liderləri, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirərək, siyasi, iqtisadi və təhlükəsizlik məsələlərini müzakirə etdi. Bu görüşlər Azərbaycanın regional sabitlik və əməkdaşlıq təşəbbüslərinin dəstəkləndiyini göstərdi. Eyni zamanda, enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, iqlim dəyişikliyi kimi məsələlərdə Azərbaycanın etibarlı tərəfdaş imicini daha da gücləndirdi. Aydın görünür ki, Azərbaycanın son illərdə qazandığı uğurlar beynəlxalq arenada ölkəmizə olan marağı artırıb. Qarabağda əldə olunan Qələbə, ərazi bütövlüyünün bərpası, regionda yeni reallıqların formalaşması Azərbaycanın siyasi çəkisini daha da artırıb. Cənab Prezident İlham Əliyev göstərdi ki, Azərbaycan yalnız regional deyil, həm də qlobal proseslərdə söz sahibidir. Xüsusilə enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu böyükdür. Avropanın alternativ enerji mənbələrinə olan ehtiyacı fonunda Bakı ilə əməkdaşlıq daha da strateji əhəmiyyət kəsb edir. Bu, ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, siyasi manevr imkanlarını da genişləndirir. Beləliklə, cənab Prezident İlham Əliyevin Nyu-York səfəri Azərbaycanın çoxşaxəli xarici siyasət xəttinin uğurlu davamıdır. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyi, COP29-un Bakıda keçirilməsi, regionda sülh təşəbbüsləri ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Nyu-Yorkdakı görüşlər isə bu mövqeləri daha da möhkəmləndirdi” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
globalinfo.az

2Источники