RU

Gündə neçə yumurta yemək olar ki, sağlamlıq üçün təhlükə yaratmasın?

Yumurta xolesterolun vacib mənbəyidir və onun gündəlik istehlakı uzun müddətdir müzakirə mövzusudur. 1,5 milyon insanın məlumatlarına əsaslanan yeni tədqiqat bu suallara daha aydın cavab verir.

E-saglam.az xəbər verir ki, yumurta xolesterolun vacib mənbəyidir və onun gündəlik istehlakı uzun müddətdir müzakirə mövzusudur. 1,5 milyon insanın məlumatlarına əsaslanan yeni tədqiqat bu suallara daha aydın cavab verir.

Amerikalı alimlərin araşdırmasına görə, gündə bir yumurta yemək ürək-damar xəstəlikləri riskini artırmır. Tədqiqat BMJ jurnalında dərc olunub və Harvard Universitetinin T.H. Chan İctimai Sağlamlıq Məktəbinin alimləri tərəfindən aparılıb. Onlar 34 il ərzində 215 min insanın sağlamlığını izləyərək, gündəlik yumurta istehlakı ilə ürək xəstəlikləri arasında əhəmiyyətli əlaqə tapmayıblar.

İştirakçıların pəhrizləri göstərib ki, insanlar ümumiyyətlə həftədə 1-5 yumurta yeyir və bu miqdar miyokard infarktı, koronar ürək xəstəliyi və insult riskini artırmır. Risk yalnız tip 2 diabeti olan şəxslərdə müşahidə olunub.

Tədqiqatın həmmüəllifi Frank Hu bildirib ki, səhər yeməyində iki yumurta yeyə bilərsiniz, amma bunu həftədə 2-3 dəfə təkrarlamaq yetərlidir. Meta-analizlər və Asiya araşdırmaları da gündə 1 yumurtanın ürək-damar sağlamlığına mənfi təsir göstərmədiyini təsdiqləyir.

Nəticələr göstərir ki, yumurta istehlakı mədəniyyət və qidalanma vərdişlərinə görə fərqlənə bilər, amma orta istehlak sağlam insanlarda təhlükəli deyil. Bu nəticələr Amerika Ürək Assosiasiyasının 2019-cu il xolesterol təlimatları ilə uyğun gəlir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
9
e-saglam.az

1Источники