RU

ABŞ Rusiya bombardmançılarına görə qırıcıları HAVAYA QALDIRDI

Rusiyanın iki "Tu-95" strateji bombardmançısı və iki "Su-35" qırıcısı Alyaska sahillərində hava müdafiəsi zonasında müşahidə olunub.

Musavat.com xəbər verir ki, bu barədə Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ tərəfi insidentin qarşısını almaq üçün 4 "F-16", bir "E-3" kəşfiyyat təyyarəsi və 4 "KC-135" tanker təyyarəsi göndərib.

Qeyd olunub ki, Rusiya təyyarələri beynəlxalq hava məkanında olub, ancaq ABŞ və Kanada sərhədini pozmayıb.

Musavat.com

Избранный
2
musavat.com

1Источники