RU

Netanyahunun təyyarəsi BCM-nin həbs orderinə görə Avropa hava məkanından yayınıb

BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs orderi səbəbindən Avropanın əksər hava məkanından yayınaraq uçub.

APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, Fransa hökuməti Netanyahunun təyyarəsinə ölkə üzərindən uçmağa icazə versə də, marşrut dəyişdirilərək Yunanıstan və İtaliya üzərindən Cəbəllütariq boğazına yönəlib.

Fransa Xarici İşlər Nazirliyindəki mənbələr təsdiqləyib ki, Paris əvvəlcədən İsrail Baş nazirinin təyyarəsinə uçmaq üçün icazə verib. Lakin İsrail mediası marşrutun dəyişdirilməsini BCM-nin üzvü olan ölkələrin hava məkanından yayınmağın zəruriliyi ilə izah edib. Çünki planlaşdırılmamış eniş zamanı beynəlxalq məhkəmənin qərarına uyğun olaraq Netanyahunun saxlanılması cəhdi ola bilərdi.

Xatırladaq ki, 2024-cü ilin noyabrında BCM Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant barəsində həbs orderi verib. Avropa İttifaqının Xarici İşlər Xidmətinin sözçüsü Peter Stano bildirib ki, Aİ-yə üzv bütün ölkələr BCM-ni dəstəkləyir və onun orderlərinə əməl etməlidir.

Избранный
20
5
apa.az

6Источники