RU

"Apple" bəzi "iPhone" funksiyalarını Avropa İttifaqında təqdim edə bilmir

BAKI, 25 sentyabr. TELEQRAF

"Apple" şirkəti "iPhone" üçün nəzərdə tutulmuş bir sıra yeni funksiyaları Avropa İttifaqında istifadəyə verə bilmədiyini açıqlayıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, şirkətdən bu qərarın “Rəqəmsal Bazarlar Aktı” (DMA) ilə əlaqəli hüquqi məhdudiyyətlər səbəbilə qəbul edildiyi bildirilib.

Qeyd olunub ki, DMA çərçivəsində "Apple" min yeni funksiyaları yalnız öz cihazlarında deyil, həm də üçüncü tərəf tətbiq və qurğularında işləməsini təmin etməlidir. Bu da, daha çox mühəndislik işi və texniki resurs tələb edir. Nəticədə, bəzi funksiyaların Avropa İttifaqı ölkələrində istifadəyə verilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.

Hazırda Avropa İttifaqında "Apple Intelligence" ilə real vaxtda nitqin tərcüməsini həyata keçirən canlı tərcümə funksiyası, "iPhone" ekranının "Mac" cihazlarına köçürülməsi imkanı və “Xəritələr” tətbiqində “ziyarət edilmiş yerlər” və “üstünlük verilən marşrutlar” kimi şəxsi məlumatlara əsaslanan yeni etiket funksiyaları əlçatan deyil.

"Apple" şirkətidən bildirilib ki, bu funksiyaların birbaşa üçüncü tərəf platformalarına uyğunlaşdırılması texniki baxımdan çətindir və istifadəçi məxfiliyinə risk yarada bilər. Bu səbəbdən, şirkət DMA-nın tələblərinə uyğunluq baxımından onların təqdim edilməsinin hazırda mümkün olmadığını açıqlayıb.

Şirkətdən o da əlavə edilib ki, Avropa Komissiyasına bu funksiyaların tətbiqi üçün alternativ həll yolları təklif olunub. Lakin bu təkliflər rədd edilib.

Избранный
19
teleqraf.com

1Источники