RU

ABŞ müdafiə naziri Heqset yüzlərlə general və admiralı təcili görüşə çağırıb

Pentaqon toplantının məqsədini açıqlamayıb...

Poliqon The Washington Post nəşrinə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Pit Hegset gözlənilmədən bütün dünyadan yüzlərlə yüksək rütbəli hərbi komandanı təcili toplantıya çağırıb. Görüşün gələn həftə Virciniyada, Dəniz Piyadaları bazasında keçiriləcəyi bildirilib. Maraqlıdır ki, nə generallar, nə də onların qərargahları toplantının səbəbi barədə məlumatlandırılmayıb.

WP yazır ki, belə qəfil çağırış ABŞ Silahlı Qüvvələrinin yüksək eşalonunda qarışıqlıq və narahatlıq yaradıb. Xüsusilə də bu hadisə Tramp administrasiyasının cari ildə bir sıra yüksək vəzifəli hərbi rəhbərləri vəzifədən uzaqlaşdırmasından sonra baş verib.

Mənbələrin məlumatına görə, Heqsetin göstərişi bu həftə ABŞ-ın bütün qlobal hərbi komandanlıqlarına göndərilib. Əmr qeyri-adi hesab olunur, çünki bu cür genişmiqyaslı çağırışlar çox nadir hallarda baş tutur.

Toplantıya dair tapşırıq, həmçinin, ABŞ hökumətinin bağlanması təhlükəsi fonunda və Pentaqon rəhbərliyinin bir neçə ay əvvəl elan etdiyi hərbi komandanlıqların böyük miqyaslı yenidən təşkili planlarının ardınca verilib.

Poliqon.info

Избранный
3
6
poliqon.info

7Источники