525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Şri-Lankadakı "Na Uyanna Aranna" monastırına aparan kanat yolda qəza baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə vaqonda olan 13 rahibdən 7-i həyatını itirib.
Faciə dünən Bakı vaxtı ilə 22.00-da yaşanıb. Müqəddəs məkanda dini ayinlərin icrasından qayıdan rahiblər trosun qırılması üzündən onları daşıyan vaqonda yerə çırpılıblar.
Həyatını itirənlərin 3-ü Hindistan, Rusiya və Rumıniya vətəndaşıdır. Onların cəsədləri Kuruneqal xəstəxanasının morquna aparılıb.
Qeyd edək ki, digər 6 rahibdın ikisi qəza zamanı vaqondan tullanmaqla canlarını yüngül xəsarətlə qurtarıb. 4 nəfər isə ağır xəsarətlərlə Qokarella xəstəxanasına yerləşdirilib.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.