RU

Mixeil Kavelaşvili: Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsünü dəstəkləyirik

Nyu-York, 25 sentyabr, AZƏRTAC

Biz ABŞ Prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsünü dəstəkləyirik.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

O bildirib ki, Gürcüstan Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün bərqərar olmasına, eləcə də qonşuları arasında etimadın və əməkdaşlığın dərinləşməsinə həmişə dəstək verib və fəal şəkildə səy göstərib.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Избранный
3
8
azertag.az

10Источники