RU

Azərbaycanda 634 şəxsin soyadının sonluğu, 9 nəfərin ata adı dəyişdirildi

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26-cı maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ var".

Bunu APA-ya müsahibəsində 7 saylı Bakı "ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd edilən maddəsinə əsasən, fiziki şəxsin adı adlardan deyil, yalnız addan ibarət ola bilər: "Həmçinin Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.5-ci bəndinə əsasən, adın verilməsindən və ya dəyişdirilməsindən imtina barədə qeydiyyat orqanının qərarından inzibati qaydada (və ya) məhkəməyə şikayət verilə bilər".

Rəşidə Mənəfova onu da qeyd edib ki, 2024-cü ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 1479, 2025-ci ilin ilk 6 ayı ərzində isə 634 şəxsin soyadının sonluğu dəyişdirilib.

Rəşidə Mənəfova həmçinin qeyd edib ki, 2024 və 2025-ci ilin birinci yarımili ərzində yetkinlik yaşına çatmış 9 şəxsin ata adının dəyişdirilməsi qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
102
9
qaynarinfo.az

10Источники