Həftənin maraqlı qarşılaşmalarından biri “Palms Sports Arena”da baş tutacaq.
“Sumqayıt” üzərində qələbə sayəsində turnir cədvəlindəki vəziyyətini nisbətən yaxşılaşdıran “Neftçi” ardıcıl 3 oyunda məğlub olaraq qol vura bilməyən “Karvan-Yevlax”ı qəbul edəcək.
Hazırda hər iki komandanın düşrgəsində qələbə istəyi var. Bakılılar növbəti qələbəni qazanmaq, yevlaxlılar isə “qara zolaq”dan çıxmaq arzusundadır.
Sportinfo.az-a açıqlama verən bölgə təmsilçisinin “10 nömrə”si Samuel Durrant oyunla bağlı bunları deyib:
“Nefçi” barədə məlumatlıyam. İddialı və yaxşı heyətə malik rəqibdir. Üstəlik, səfərdə oynayacağıq.
“Şamaxı” və “İmişli” ilə oyundakı səhvləri təkrarlasaq, “Neftçi” bizi bağışlamayacaq. Qısa müddətdə səhvlərimizdən nəticə çıxarmalıyıq.
Keyfiyyətli komandamız var. Lakin həddən artıq diqqətli olmalıyıq. Xüsusən rəqibin hücumları zamanı. Ardıcıl məğlubiyyətlərdən sonra Yevlaxa pozitiv əhval-ruhiyyədə qayıdacağımıza ümid edirəm”.
Sentyabrın 27-də baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.
HƏBİB