3-cü MDB Oyunlarının keçiriləcəyi arenalarda hazırlıq işləri yekunlaşdırılır.


Bu barədə Rekord.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.


İdmançılar 12 məkanda 23 idman növü üzrə medallar uğrunda mübarizə aparacaqlar.


Oyunların yüksək səviyyədə keçirilməsi üçün komandalar, media nümayəndələri və tamaşaçıların rahatlığı üçün bütün tədbirlər görülüb.


Belə ki, hər bir idman məkanında məlumat mərkəzləri, media toplanış məntəqələri, mətbuat otaqları, tibb məntəqələri mövcuddur. Yarışlara hazırlıq zamanı hər bir idman növünün xüsusiyyətləri nəzərə alınıb, beynəlxalq standartlara uyğun idman və digər avadanlıqlar quraşdırılıb.


Xatırladaq ki, 3-cü MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.