RU

Natenyahu təyyarədən əmr verdi: Bombalayın

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a uçarkən elə təyyarədə Sənadakı husilərin hərbi obyektlərinə zərbələr endirmək əmrini verib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

“Netanyahu Nyu-Yorka gedərkən öz təyyarəsindən Yəmənə zərbələr endirmək əmrini verib. Bundan sonra o, müdafiə naziri, Baş Qərargah rəisi və digər hərbi rəsmilərlə müntəzəm brifinqlər keçirib”.

Ofis qeyd edib ki, zərbələr husilərin Sənadakı qərargahını və silah anbarlarını hədəf alıb.

Qeyd edək ki, Netanyahu bu gün Birləşmiş Ştatlara yola düşüb və BMT Baş Assambleyasında çıxış edəcək.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
globalinfo.az

1Источники