RU

Tramp Ərdoğan görüşündə Azərbaycanla bağlı sual: Ağ Ev rəhbərinin cavabı…

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. Liderlər mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb.

Globalinfo.az xəbər verir ki, suallardan biri Azərbaycan və Ermənistan arasında Vaşinqtonda baş tutan danışıqlar barədə olub.

Jurnalistlərdən biri Trampa sual ünvanlayıb:

“Cənab Prezident, bir neçə ay əvvəl Siz Prezident Əliyev və Baş nazir Paşinyanla görüşmüsünüz. Həmin görüşlə bağlı davam olaraq nələri qeyd etmək istərdiniz? Xüsusilə, Azərbaycan və Ermənistan arasındakı danışıqların hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?”

Ağ Ev rəhbəri bu suala qısaca “heç bir şey deyə bilmərəm” deyə cavab verib.

Aysel Əliyeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
globalinfo.az

1Источники