Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Məşhur manikür ustası Culiya Kandalek bildirib ki, dırnaqlarla bağlı bir hərəkəti heç vaxt etmək olmaz.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, bu, aylarla bərpa prosesi tələb edə bilər.
"Əsla lakı, geli, akrili və ya süni dırnaqları zorla qoparmaq, həmçinin onları lazımi qədər islatmadan alətlərlə çıxarmaq olmaz", deyə o, "Parade" jurnalına müsahibəsində bildirib.
Ustanın sözlərinə görə, gel-lakı və ya süni dırnaqları qoparmaq, dırnaqlara ciddi zərər vurur və bərpa prosesi aylarla davam edə bilər. Bundan başqa, belə hallarda sonrakı örtük sağlam dırnaq lövhəsində olduğu kimi möhkəm qalmır və nəticədə soyulma yaranır ki, bu da daimi zədələnmə dövrünü başladır.
Kandalek əlavə edib ki, peşəkar manikür ustaları təbii dırnaqların işlənməsi üçün mexaniki aparat istifadə edə bilərlər, lakin yalnız düzgün təlim keçdikdən sonra.
"Bu cihazdan düzgün istifadə etməyi öyrənməyim təxminən bir il çəkdi. Mən bunu ev şəraitində özbaşına sınamağı heç kimə məsləhət görmürəm", deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, aparat maniküründən yaranan zədələr alətin özündən deyil, yanlış ucluqlardan və ya düzgün olmayan sürətdən qaynaqlanır. Ən təhlükəli ucluqlar isə karbid və metaldan hazırlanmış olanlardır. Onlar, təhlükəsiz almaz ucluqlardan xeyli böyükdür və yalnız süni örtüklərdə – çıxarılma və ya korreksiya üçün istifadə olunmalıdır.
Aydın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.