RU

"Barselona" "Borussiya"nın hücumçusunu transfer etmək istəyir

"Borussiya"nın hücumçusu Seru Qirassi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" qvineyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

La Liqa nəhənginin baş məşqçisi Hans Flik Qirassinin oyunu çox bəyənir. "Barselona" gələn il 29 yaşlı forvardı heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Borussiya" Seru Qirassini ötən ilin yayında "Ştutqart"dan transfer edib. Təcrübəli oyunçu bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 9 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
18
1
sportal.az

2Источники