RU

Azərbaycan və Çin arasında investisiya əməkdaşlığı 942 milyon dollara çatıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan və Çin investisiya əməkdaşlığını genişləndirirlər. 1995-ci ildən 2025-ci ilin birinci yarısınadək Çindən Azərbaycana birbaşa investisiyaların həcmi 942,3 milyon dollar təşkil edib".
Oxu.Az xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaranmasının 76-cı ildönümünə həsr olunmuş qəbulda deyib.
O bildirib ki, Azərbaycandan Çinə ümumilikdə 2,1 milyard dollar investisiya yönləndirilib ki, bunun da 1,9 milyard dolları Dövlət Neft Fondunun payına düşür:
"Çin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir. Eyni zamanda, Azərbaycan da Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Cari ilin ilk yeddi ayında iki ölkə arasında ticarət dövriyyəsi 26% artıb".
"Nəqliyyat-tranzit sektoru əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması üzrə bir sıra irimiqyaslı layihələr həyata keçirilib. Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr ölkəmizin Çini Avropa ilə birləşdirən ən qısa və ən əlverişli marşrut kimi strateji rolunu daha da möhkəmləndirir", - deyə baş nazirin müavini əlavə edib.
Mərahim Nəsib
Избранный
46
37
oxu.az

10Источники