Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Almaniyanın 2-ci bundesliqasının 7-ci turu çərçivəsində “Paderborn”a qarşı keçirəcəyi matç üçün hazırlıq keçən “Kayzerslautern”in məşqində xoşagəlməz hadisə yaşanıb. “Football-plus.az” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.Baş məşqçi Torsten Liberknextlə ulduz futbolçulardan biri arasında gərginlik yaşanıb. Belədə mütəxəssis həmin oyunçunu “sənin üzünə təpiklə vuraram!” sözləriylə təhdid edib. Hər halda, tərəfləri sakitləşdirmək mümkün olub.“Bild” futbolçunun kimliyi haqda məlumat əldə edə bilməsə də, iki versiya irəli sürüb. Almaniyalı həmkarlarımızın iddiasına görə, baş məşqçiylə davaya girişən oyunçu ya Mahir Emrelidi, ya da əsas kapitan Marlon Ritter. Ona görə ki, bu futbolçularla Liberknext arasında münasibətlər qaydasında deyil. Mütəxəssis hər iki oyunçuya yetərincə şans vermədiyindən tərəflər arasında anlaşmazlıq hökm sürür.Sizi Mahirin durumuyla bağlı məsələlərdən xəbərdar etmişik. Ritterə gəlincə, o da ilk turlardan bəri özünü yaxşı tərəfdən göstərməkdə çətinlik çəkir. Hətta Liberknext son iki matçda onun kapitan sarğısını taxmasına icazə verməyib.KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.