RU

Pankreas xərçənginin səbəbi ağız boşluğunda ola bilər

Alimlər ağızda yaşayan bəzi bakteriya və göbələklərin ən ölümcül xərçəng növlərindən biri olan pankreas xərçəngi ilə əlaqəli ola biləcəyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, Nyu-York Universitetindən professor Riçard Heys və komandası 300 mindən çox insanın sağlamlıq məlumatlarını və ağız nümunələrini təhlil edib. Araşdırmada üç bakteriya (Porphyromonas gingivalis, Eubacterium nodatum, Parvimonas micra) və bir göbələk növünün (Candida tropicalis) riski üç dəfə artırdığı müəyyən olunub.

Mütəxəssislər bu mikrobların tüpürcək vasitəsilə həzm sisteminə keçərək pankreasa çatdığını bildirirlər. Lakin bunun xərçəngə birbaşa səbəb olub-olmadığı hələlik dəqiq deyil.

Pankreas xərçəngi çox gec aşkarlanır və sağqalma faizi cəmi 13%-dir. Alimlər hesab edir ki, ağız mikroblarının araşdırılması xəstəliyin erkən diaqnostikasında mühüm rol oynaya bilər.

Избранный
2
1
far.az

2Источники