RU

Rayonlararası sərnişin daşımalarına başlanılır - YENİLİKVİDEO

"Azərbaycan Dəmir Yolları" ilk dəfə rayonlararası sərnişin daşımalarına başlayır.

Xezerxeber.az xəbər verir ki, prosesə sentyabrın 28-dən start veriləcək. Müasir elektrik qatarları Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstərəcək. "Dəmir Yolları" QSC-nin şöbə midiri Bəxtiyar Hacıyevin sözlərinə görə, qatar hər gün saat 05:45-də Gəncədən yola düşərək 06:57-də Mingəçevir stansiyasına çatacaq, saat 07:15-də Mingəçevirdən Gəncə-Ağstafa istiqamətində hərəkət edən qatar saat  08:26-da Gəncədə, 09:48-də isə Ağstafada olacaq.

Günün ikinci yarısının reyslərinə gəlincə, qatar  saat 16:00-da  Ağstafadan çıxacaq,  saat 17:19-da Gəncəyə, 18:36-da Mingəçevir şəhər stansiyasına çatacaq. Saat 19:00-da isə Mingəçevirdən yola düşən qatar 20:11-də Gəncədə olacaq. Sərnişinlər səfər zamanı ödənişsiz "Vi-Fi" xidmətindən də yararlana biləcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
26
xezerxeber.az

1Источники