RU

Qlobal borc rekord səviyyəyə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal borc bu ilin ikinci rübündə 338 trilyon dollara yaxın rekord həddə çatıb.

Banco.azxəbər verir ki, Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal Borc Monitorinqi” hesabatını “Qlobal Borc Bazalarında Seysmik Dəyişikliklər – Demoqrafiya, Qloballaşmadan Geri Dönüş, Karbonsuzlaşma və Rəqəmsallaşma” başlığı ilə yayımlayıb.

Hesabata görə, ümumi qlobal borc 2025-ci ilin ilk yarısında 21 trilyon dollardan çox artıb.

Bu artımın miqyası Kovid-19 pandemiyası ilə bağlı siyasət reaksiyalarının qlobal borcu misilsiz dərəcədə artırdığı 2020-ci ilin ikinci yarısında qeydə alınan yüksəlişlə müqayisə oluna biləcək səviyyədə olub.

ABŞ dollarının zəifləməsi və Avropa Mərkəzi Bankı (ECB ), İngiltərə Mərkəzi Bankı (BoE), Çin Mərkəzi Bankı (PBoC) ilə İsveçrə Mərkəzi Bankının (SNB) daxil olduğu əsas mərkəzi bankların daha yumşaq siyasət mövqeləri ilə dəstəklənən qlobal maliyyə şərtlərindəki yumşalma bu ilki artımın əsas hərəkətverici qüvvələrini təşkil edib.

İlin ikinci rübündə təxminən 338 trilyon dollara çataraq rekord səviyyəyə yüksələn qlobal borc ötən ilin eyni dövründə 313,6 trilyon dollar olaraq hesablanmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
10
banco.az

1Источники