RU

"Mən rəssamlardan, musiqiçilərdən, aktyorlardan ilham alıram" - Lamin Yamal

Lamin Yamal özünü “Barselona”nın ən dəbli oyunçusu adlandırıb.

Sportal.az xəbər verir ki, “Barselona”nın vingeri gündəlik geyimləri haqda maraqlı fikirlər səsləndirib:

"Mənə rəssamlardan, musiqiçilərdən, aktyorlardan ilham almaq xoşdur. Əlbəttə, “Qızıl top” mərasimi zəriflik axşamıdır, amma mən həmişə ora bir az öz üslubumu qatmağa çalışıram. Bəzən stilistlərlə fikir ayrılıqlarım olur, amma sonda öz istədiyimə nail oluram.

Mən heç vaxt qalstukların pərəstişkarı olmamışam, baxmayaraq ki, son fotosessiya zamanı onların mənə çox yaraşdığını düşündüm. Ümumiyyətlə, mən daha çox gündəlik və küçə üslublu geyimləri üstün tuturam, amma bu, kontekstdən asılıdır. Bu gün isə üzərimdə çox zərif bir qalstuk var və bu xoşuma gəlir. Mən heç vaxt özümü rahat hiss etmədiyim geyimi geyinməzdim. Komandada ən dəbli, ən “cool” mənəm (gülür). Çantamda həmişə qulaqcıq, dodaq balzamı, səyahət üçün rahat geyim və ətir olur. Bu dörd şeylə mən istənilən yerə getməyə hazıram".

saytlarin hazirlanmasi

Избранный
7
sportal.az

1Источники