RU

Tramp-Ərdoğan görüşü başa çatdı — YENİLƏNİB

Ağ Evin Oval kabinetində ABŞ və Türkiyə liderləri - Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.

Demokrat.az bu barədə "Milliyet" qəzetinə istinadla xəbər verir.

Tərəflər arasında görüş təqribən 2 saat 18 dəqiqə davam edib.

Tramp türkiyəli həmkarını qapıya qədər müşayiət edib. Qeyd edək ki, iki lider 6 ildən sonra ilk dəfə Ağ Evdə görüşüb.

***
20:00

ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb. Tramp həmkarını Ağ Evin qapısında qarşılayıb.


Demokrat.az bu barədə "Milliyet" qəzetinə istinadla xəbər verir.

Qarşılanma mərasimindən sonra iki lider Oval ovisə keçərək jurnalistlərin suallarını cavablandırıb.

"Ağ Evdə Ərdoğanı qarşılamaq bizim üçün fəxrdir. "F-16" və "F-35" qırıcıları almaq istəyirlər. Ərdoğana böyük hörmət edirəm. Yaxşı əlaqələrimiz var. Prezident Ərdoğan böyük ordu qurdu. Türkiyə yaxşı məhsullar istehsal edir. Türkiyədən çox şey satın alırıq, onlar da bizdən çox şey satın alırlar", - deyə Tramp vurğulayıb.

"Cənab Trampın iki prezidentlik dövründə də ikitərəfli əlaqələrimizdə fərqli proses yaşayırıq. "F-35" və "F-16" qırıcıları, "Halkbank" məsələlərini müzakirə edəcəyik", - deyə Ərdoğan qeyd edib.
 
 
Избранный
11
50
demokrat.az

10Источники