RU

Azərbaycan və Tacikistan mədəni əlaqələri möhkəmləndirir

Azərbaycan ilə Tacikistan arasında əlaqələr təkcə hökumət və iqtisadi səviyyədə deyil, həm də sosial-mədəni müstəvidə günü-gündən möhkəmlənir.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Milli Xalça Muzeyində "Tacik tikmə dünyası" sərgisinin açılışında Tacikistan Milli Muzeyinin direktoru İbrahimzoda Zəfərşo Safo deyib.

"Mən bu tədbirdə xalqlarımız arasında mədəni əlaqələrin və qarşılıqlı əlaqələrin necə möhkəmləndiyinin şahidi oldum. Bu mübadilə əməkdaşlığın inkişafına, qarşılıqlı anlaşmanın dərinləşməsinə və Azərbaycan ilə Tacikistan arasında dostluğun möhkəmlənməsinə kömək edir", - o qeyd edib.

Muzey direktorunun sözlərinə görə, bu cür tədbirlər iki ölkə arasında əlaqələrin möhkəmliyini və gələcək mədəni mübadilənin vacibliyini nümayiş etdirir.

Избранный
166
18
publika.az

10Источники