RU

Hansı xəstəliklərdə nar yemək olmaz?

Nar çox faydalı meyvədir – immuniteti gücləndirir, ürək-damar sisteminə yaxşı təsir göstərir.

BAKU.WS xəbər verir ki, bu meyvə faydaları ilə yanaşı, bəzi xəstəliklərdə zərərlidir. Bəzi hallarda nar yemək məsləhət görülmür və ya ciddi şəkildə məhdudlaşdırılmalıdır:

Əsasən mədə və bağırsaq xəstəliklərindaə nar yemək qəti olmaz.

Qastrit (xüsusən yüksək turşuluqla)

Mədə və onikibarmaq bağırsaq xorası

Qida borusu reflüksü (turşuluğun artması ilə bağlı xəstəliklər)

Narın turşuluğu bu problemləri kəskinləşdirə, yanma, ağrı və diskomfort yarada bilər.

Ağız və diş problemləri olan şəxslər də nardan az istifadə etməlidir. Çünki emal zəifliyi, diş həssaslığı, kariyes meyilliliyi zamanı narın turşusu diş minasını zədələyə bilər.

Qəbizlik zamanı narın qabığında və bəzi sortlarında büzücü maddələr var, bu da qəbizliyi artıra bilər.

Alergiyalı xəstələr də, nardan ehtayatla qidalanmalıdır. Bəzi insanlarda nar allergik reaksiya (qaşınma, səpgi, dodaq şişməsi) verə bilər.

Şəkərli diabet xəstələr də, nar yeyərkən ehtiyatlı olmalıdır. Narın özü çox şirin olmasa da, tərkibində şəkər var. Bu səbəbdən diabet xəstələri miqdara diqqət etməlidirlər.

Aşağı təzyiq (hipotoniya) xəstələrinə də çox nar yemək təhlükəlidir. Nar qan təzyiqini azalda bilər, bu da hipotoniyası olanlarda halsızlıq və başgicəllənməyə səbəb ola bilər.

Qeyd edək ki, əsasən mədə-bağırsaq problemləri, diş zəifliyi, qəbizlik və diabet zamanı narı diqqətlə və həkim məsləhəti ilə yemək lazımdır.

Избранный
12
1
far.az

2Источники