RU

ATU ilə Gəncə Cihazqayırma Zavodu arasında memorandum imzalanıb

Gəncə, 26 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Gəncə Cihazqayırma Zavodu (GCZ) arasında işgüzar görüş keçirilib.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ATU-nun rektoru Yaşar Ömərov və GCZ-nin direktoru Ayət Bağırovun iştirakı ilə baş tutan görüşdə universitet-sənaye əlaqələri, eləcə də əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüş çərçivəsində ATU ilə GCZ arasında anlaşma memorandumu imzalanıb. Memorandumda birgə kadr hazırlığı, istehsalat təcrübələrinin təşkili, müvafiq ixtisaslar üzrə tədris-metodiki vəsaitlərin birgə hazırlığı, elmi əməkdaşlıq, məzunların işlə təmin edilməsi, davamlı öyrənmə proqramları kimi məsələlər əksini tapıb.

İmzalanma mərasimindən sonra ATU-nun nümayəndə heyəti müəssisə ilə yaxından tanış olub, istehsal prosesini izləyib.

Избранный
8
azertag.az

1Источники