RU

ABŞ Almaniyaya AMRAAM raketlərinin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti 400-ə qədər AIM-120D-3 AMRAAM hava-hava raketləri və əlaqəli avadanlıqların Almaniyaya 1,23 milyard dollara satışını təsdiqləyib.

APA xəbər verir ki, sövdələşməyə həmçinin komponentlər, ehtiyat hissələri, şifrələmə sistemləri, təlim avadanlığı və əməliyyat dəstəyi daxildir.

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) məlumatına görə, satışlar Almaniyanın F-35 qırıcı proqramında müdafiə qabiliyyətini gücləndirmək və NATO-nun planlaşdırma və birgə əməliyyat imkanlarını artırmaq məqsədi daşıyır.

Agentlik bu satışın bölgədəki hərbi balansı əsaslı şəkildə dəyişdirməyəcəyini vurğulayıb.

Избранный
45
2
apa.az

3Источники