RU

III MDB Oyunlarının biletləri satışa çıxarıldı - 3 manat

III MDB Oyunlarının biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, oyunlar çərçivəsində keçiriləcək bütün yarışlara bilet qiyməti 3 manat təşkil edir.

Biletləri şəhər kassalarından və iTicket.az onlayn platformasından əldə etmək mümkündür.

III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək:

Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.

Избранный
22
2
sportinfo.az

3Источники